Peşəkar Futbol Liqası Azərbaycn 2-ci liqasında mübarizə aparacaq klublara dəstək olacaq.
QOL.az xəbərr verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2-ci liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək. Yeni mövsümdə 2-ci liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.