Peşəkar Futbol Liqası (PFL) Azərbaycan II Liqası iştirakçılarına jest edib.
Publika.az xəbər verir ki, qurum klubların maddi-texniki bazasına dəstək məqsədilə hər birinə 2025-2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək. Yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.