AZ

PFL 2 ci liqa klublarına top hədiyyə edəcək

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2-ci liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası (PFL) hər bir kluba 2025–26-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək."Football-plus.az" xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridi. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
15
icma.az

10Mənbələr