AZ

PFL İkinci Liqa klublarına 20 top paylayacaq

Peşəkar Futbol Liqası (PFL) İkinci Liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə onlara futbol topu hədiyyə edəcək.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Peşəkar Futbol Liqası hər bir kluba 2025/2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək. Yeni mövsümdə İkinci Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.

Vurğulanır ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.

Seçilən
43
15
arena.az

10Mənbələr