AZ

"Araz-Naxçıvan" "Aris"in qonağıdır - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. 

Tərəflər arasında Bakıda keçirilən ilk oyunda "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb ki, bu da Elmar Baxşıyevin komandasına üstünlük verir.

Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə gələcək.

 

31 iyul

UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu

22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan)

Baş hakim: David Dikinson (Şotlandiya)

İlk oyun – 1:2

Saloniki. "Kleantis Vikelidis" stadionu

 

Seçilən
103
20
teleqraf.com

10Mənbələr