Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Modern.az xəbər verir ki, avrokubokların debütantı “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olub.
Saat 22:15-də start götürən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Beləliklə, ilk oyunda 2:1 hesablı qələbə qazanan komandamız növbəti tura vəsiqə qazanıb.
Naxçıvan klubunun III təsnifat mərhələsindəki potensial rəqibi “Omoniya” olacaq.