UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan" bu gün Yunanıstanda "Aris"in qonağı olub. 

Offsideplus.az xəbər verir ki, cavab oyunu çərçivəsində keçirilən matç Bakı vaxtı ilə 22:15-də start götürüb. İlk oyunda Elmar Baxşıyevin komandası 2:1 hesabı ilə qalib gəlib. Yunanıstanda keçirilən oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb və ümumi nəticəyə görə "Araz-Naxçıvan" mərhələ adlayıb. Tarixində ilk dəfə avrokuboklarda iştirak edən Muxtar Respublika təmsilçisi uğurlu debüt ilə tarixə düşüb. 

"Aris" səddini keçən "Araz-Naxçıvan"ın növbəti rəqibi “Torpedo Kutaisi”ni mübarizədən kənarlaşdıran (Gürcüstan) “Omoniya” (Kipr) (0:4; 0:1) olacaq.

31 iyul

Konfrans Liqası, II təsnifat mərhələsi, cavab oyunu 

22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan) 2:2

Qollar:  Laysmann, 62. - Çarls Boli, 11. Felipe Santos, 38.

Baş hakim: David Dikinson (Şotlandiya)

Saloniki. "Kleantis Vikelidis" stadionu

İlk oyun – 1:2

"Aris": 21. Maykiç, 4. Laysmann (k), 8. Monçu, 10. Rakiç, 18. Morutan, 24. Alvaro, 27. Fadi1a, 28. Dudu, 37. Mendil, 70. Gianniotas, 80. Loren Moron.

Ehtiyat oyunçular: 33. Atanasiadis, 91. Karaj, 9. Kadevere, 14. Brabeç, 15. A. Tejero, 17. Fridek, 41. Xarupas, 77. Panagidis, 97. F. Yensen, 99. Diandi

"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribeiro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov, 17. İssuf Paro