Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Tərəflər arasında Bakıda keçirilən ilk oyunda "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb ki, bu da Elmar Baxşıyevin komandasına üstünlük verir.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə gələcək.
31 iyul
UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu
22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan)
Baş hakim: David Dikinson (Şotlandiya)
İlk oyun – 1:2
Saloniki. "Kleantis Vikelidis" stadionu