AZ

"Araz-Naxçıvan" növbəti mərhələdə

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Missiya.Az “QOL.az”a istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olub. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

Tərəflər arasında Bakıda oynanılan ilk matçda "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb ki, bu da Elmar Baxşıyevin komandasını növbəti mərhələyə aparıb.

Təmsilçimizin 3-cü təsnifat mərhələsindəki rəqibi Kipr "Omoniya"sı olacaq. “Araz Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda, cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.

Seçilən
106
22
missiya.az

10Mənbələr