İranın ali lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın "dərhal təslim olmaq" çağırışına cavab verib.
Modern.az-ın məlumatına görə, o, xalqa müraciətində İran xalqının heç vaxt təslim olmayacağını bildirib.
O qeyd edib ki, ABŞ İranla hərbi münaqişəyə girdiyi təqdirdə bunun nəticəsi onun üçün çox ağır olacaq.
"Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə, şübhəsiz ki, onlar üçün düzəlməz zərərlə nəticələnəcək", - Əli Xamenei deyib.