Azərbaycan Yüksək Liqasında qadın və kişi voleybolçular arasında üçüncü yer və çempionluq uğrunda görüşlərin keçiriləcəyi tarix və saatlar müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) 90deqiqe.Az-a bildirilib ki, kişilərin yarışında aprelin 18-də üçüncü yer uğrunda “Neftçi” və “Murov Az Terminal” klubları, finalda isə “Xilasedici” ilə “Ordu” komandaları üz-üzə gələcəklər. Qarşılaşmalar müvafiq olaraq saat 13:00 və 16:00-da start götürəcək.
Qadınların mübarizəsində isə oyunlar aprelin 19-da baş tutacaq. Üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə”, finalda isə “Turan” və “DH Volley” komandaları qarşılaşacaqlar. Bu görüşlər də saat 13:00 və 16:00-da keçiriləcək.
Bütün oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Matçlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.