Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidməti yayıb.
Aprelin 18-də kişilərin yarışında üçüncü yer uğrunda "Neftçi" və "Murov Az Terminal" klubları, finalda isə "Xilasedici" və "Ordu" komandaları üz-üzə gələcəklər. Qarşılaşmalar uyğun olaraq saat 13:00 və 16:00-da start götürəcək.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə "Gəncə", finalda isə "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar. Görüşlər saat 13:00 və 16:00-da olacaq.
Bütün matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.