AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında final oyunlarının tarixləri açıqlanıb

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.

Bu barədə SİA-ya Azərbaycan Voleybol Fedrasiyasından məlumat verilib.

Aprelin 18-də kişilərin yarışında üçüncü yer uğrunda "Neftçi" və "Murov Az Terminal" klubları, finalda isə "Xilasedici" və "Ordu" komandaları üz-üzə gələcəklər. Qarşılaşmalar müvafiq olaraq saat 13:00 və 16:00-da start götürəcək.

Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə "Gəncə", finalda isə "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar. Görüşlər saat 13:00 və 16:00-da olacaq. Bütün matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.

Seçilən
0
6
sia.az

10Mənbələr