Bakı, 15 aprel, AZƏRTAC
Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, aprelin 18-də kişilərin Yüksək Liqasında üçüncü yer uğrunda “Neftçi” və “Murov Az Terminal”, finalda isə “Xilasedici” və “Ordu” komandaları üz-üzə gələcək.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Xanımların mübarizəsində üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” ilə “Gəncə”, finalda isə “Turan” və “DH Volley” komandaları qarşılaşacaq.
Bürünc medal görüşləri saat 13:00-da, final qarşılaşmları isə 16:00-da start götürəcək.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.