Qadın və kişi voleybolçuların Yüksək Liqasında mükafatlar uğrunda
oyunların keçiriləcəyi tarixlər bəlli olub. "Rekord.az" xəbər verir ki,
ölkə çempionatlarında üçüncü yer və çempionluq uğrunda qarşılaşmalar
18-19 aprel tarixlərində GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
Aprelin
18-də kişilərin Yüksək Liqasında üçüncü yer uğrunda “Neftçi” və “Murov
Az Terminal” klubları, finalda isə “Xilasedici” və “ORDU” komandaları
üz-üzə gələcəklər.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da
meydana çıxacaqlar. Xanımların mübarizəsində üçüncü yer uğrunda “Milli
Aviasiya Akademiyası” ilə “Gəncə”, finalda isə “Turan” və “DH Volley”
komandaları qarşılaşacaqlar.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.
Yüksək Liqa (kişilər)
18 aprel
Üçüncü yer uğrunda oyun
13:00 “Neftçi” - “Murov Az Terminal”
Final
16:00 “Xilasedici” - “ORDU”
Yüksək Liqa (qadınlar)
19 aprel
Üçüncü yer uğrunda oyun
13:00 “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Final
16:00 “Turan” - “DH Volley”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta