2025-ci ildə reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqında protokol tərtib olunub.
Bu barədə Moderator.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, protokolların 7-si qeyri-dəqiq reklama yol verilməsi, 6-sı haqsız reklama yol verilməsi, 6-sı reklamı qadağan edilmiş əmtəələrin reklam edilməsi, 1-i isə reklama dair ümumi tələblərin pozulması üzrə tərtib edilib.
“Reklam qanunvericiliyinin tələblərinə riayət olunması sahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılara səmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçı davranışlarının formalaşmasına töhfə verir,” – deyə qurumun məlumatında qeyd olunub.