Azərbaycanda ötən il Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqında protokol tərtib olunub.
"Far.Az" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Pozuntuların mahiyyəti üzrə bölgüyə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 6 protokol tərtib edilib. Qeyri-dəqiq reklama yol verilməsi faktları ilə bağlı 7 protokol qeydə alınıb. Reklamı qadağan olunan əmtəələrin reklam edilməsi üzrə 6 protokol, reklama dair ümumi tələblərin pozulması ilə bağlı isə 1 protokol tərtib olunub.
"Reklam qanunvericiliyinin tələblərinə riayət olunması sahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılara səmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçı davranışlarının formalaşmasına töhfə verir", - məlumatda qeyd olunub.