2025-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqında protokol tərtib olunub.
Dövlət Agentliyinin məlumatına görə, reklam qanunvericiliyinin tələblərinə riayət olunması sahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılara səmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçı davranışlarının formalaşmasına töhfə verir.
Pozuntuların mahiyyəti üzrə bölgüsü:
Haqsız reklama yol verilməsi – 6
Qeyri-dəqiq reklama yol verilməsi – 7
Reklamı qadağan edilən əmtəələrin reklam edilməsi – 6
Reklama dair ümumi tələblərin pozulması – 1