Bakı. Trend:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyi tərəfindən ötən il Azərbaycanda reklamqanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqındaprotokol tərtib olunub.
Trend bubarədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, pozuntuların mahiyyəti üzrə bölgüsünə əsasən,haqsız reklama yol verilməsi halları üzrə 6 protokol tərtib edilib.Bundan başqa, qeyd edilib ki, qeyri-dəqiq reklama yol verilməsifaktları ilə bağlı 7 protokol qeydə alınıb. Eyni zamanda hesabatilində reklamı qadağan edilmiş əmtəələrin reklam edilməsi üzrə 6protokol tərtib edilib. Həmçinin reklama dair ümumi tələblərinpozulması ilə bağlı isə 1 protokol tərtib edilib.
“Reklam qanunvericiliyinin tələblərinə riayət olunmasısahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılarasəmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçıdavranışlarının formalaşmasına töhfə verir”, - məlumatda qeydedilib.