AZ

Azərbaycanda reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta aşkarlanıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ötən il Azərbaycanda reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqında protokol tərtib olunub.

Trend bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, pozuntuların mahiyyəti üzrə bölgüsünə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 6 protokol tərtib edilib. Bundan başqa, qeyd edilib ki, qeyri-dəqiq reklama yol verilməsi faktları ilə bağlı 7 protokol qeydə alınıb. Eyni zamanda hesabat ilində reklamı qadağan edilmiş əmtəələrin reklam edilməsi üzrə 6 protokol tərtib edilib. Həmçinin reklama dair ümumi tələblərin pozulması ilə bağlı isə 1 protokol tərtib edilib.

"Reklam qanunvericiliyinin tələblərinə riayət olunması sahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılara səmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçı davranışlarının formalaşmasına töhfə verir", - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
8
olaylar.az

10Mənbələr