AZ

Bakıda atasını öldürməkdə təqsirləndirilən YENİYETMƏ QIZ TUTULUB

Bakının Nizami rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

 

Qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqladığı iddia olunur.

Seçilən
11
9
senzor.az

10Mənbələr