Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
News365.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.