Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işinin istintaqı davam etdirilir.
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Xatırladaq ki, Rüfət Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib.