AZ

Bakıda atasını öldürməkdə təqsirləndirilən yeniyetmə qız tutuldu

Bakının Nizami rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Hakimiyyet.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.

Seçilən
10
9
hakimiyyet.az

10Mənbələr