AZ

Bakıda azyaşlı qız atasının qətlində şübhəli bilinir

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Bakının Nizami rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, fevralın 02-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində onun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
19
reyting.az

10Mənbələr