AZ

Mehdiyeva “Panatinaikos” – “Roma” oyununa təyinat aldı – ARENA.AZ

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva Avropa Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Könül Mehdiyeva Avropa Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Sözügedən görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xatırladaq ki, “Roma” Avroliqanın Liqa mərhələsinin geridə qalmış 7 turundan sonra 15 xalla 6-cı pillədə qərarlaşıb. İtaliya təmsilçisi keçirdiyi 7 oyunda 5 qələbə qazanıb, 2 məğlubiyyətlə üzləşib.

“Panatinaikos” isə 11 xalla 19-cudur. Yunanlar 7 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
103
4
arena.az

10Mənbələr