AZ

Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı – ARENA.AZ

İngiltərə Premyer Liqasının 23-cü turunun “Arsenal”la oyunu “Mançester Yunayted”in futbolçusu Bruno Fernandes üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi 3:2 hesablı qələbəyə sevindikləri səfər oyununda məhsuldar ötürmə etməklə Ueyn Runinin rekorduna şərik çıxıb.

Təcrübəli futbolçunun komanda yoldaşı Patrik Dorquya ötürməsi onun cari mövsümdə Premyer Liqada 10-cu assisti olub. Bununla da Bruno Fernandes Mançester klubunun heyətində ardıcıl iki mövsümdə 10 və daha çox məhsuldar ötürmə etmiş ikinci futbolçu olub. O, ötən mövsümdə də 36 matçda 10 assistlə yadda qalmışdı.

Qeyd edək ki, “qırmızı şeytanlar”ın heyətində buna qədər sonuncu dəfə Ueyn Runi (2012/2013 və 2013/2014) ardıcıl iki mövsüm 10 və daha çox məhsuldar ötürmə həddinə çatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
61
12
arena.az

10Mənbələr