AZ

Ayaz Quliyev “Sabah”dan getdi – Rəsmi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” mərkəz yarımmüdafiəçisi Ayaz Quliyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Quliyev 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Quliyevin Rusiyanın “Arsenal” klubuna keçəcəyi gözlənilir.

Ayaz Quliyev Moskva “Spartak”ının yetirməsidir və U-19 səviyyəsində Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub.

Quliyev vaxtilə Moskva “Spartak”ının həm əvəzedici, həm də əsas komandasında (2013-2017, 2018-2020) forma geyinib, həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22), “Ximki” (2022-2023) klublarında çıxış edib. Ayaz “Sabah”a 2023-cü ilin avqust ayında Rusiyanın “Ximki” klubundan keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
12
arena.az

10Mənbələr