AZ

La Liqa: “Sevilya” “Selta”ya evdə uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sevilya” “Selta”nı qəbul edib. Qonaqlar bu oyundan minimal hesablı qələbə ilə ayrılıblar.

Xatırladaq ki, bu turun “Atletik” – “Real” (0:3) və “Barselona” – “Atletiko” (3:1) oyunları isə xeyli müddət öncə keçirilmişdi.

Beləliklə, 19 turdan sonra 49 xala malik “Barselona” vaid liderdir. “Real” 45 xalla ikinci, “Vilyarreal” 41 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko”nun 38, “Espanyol”un 34, “Betis” və “Selta”nın 29 xalı var.

İspaniya, La Liqa
19-cu tur
9 yanvar

Xetafe – Real Sosyedad 1:2
Qollar: Xuanmi, 90 – B.Mendes, 36. Aramburu, 90+6.

10 yanvar

Real Ovyedo – Betis 1:1
Qollar: Kaira, 64 – Lo Çelso, 83.

Vilyarreal – Alaves 3:1
Qollar: Moleyro, 49. Moreno, 55. Mikautadze, 75 – T.Martines, 85.

Jirona – Osasuna 1:0
Qol: Vanat, 44.

Valensiya – Elçe 1:1
Qollar: Pepelu, 87-pen – Dianqana, 75.

11 yanvar

Rayo Valyekano – Malyorka 2:1
Qollar: De Frutos, 4. Palazon, 42-pen – Muriqi, 30.

Levante – Espanyol 1:1
Qollar: Losada, 55 – Romero, 43.

12 yanvar

Sevilya – Selta 0:1
Qol: M.Alonso, 88-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
2
arena.az

10Mənbələr