Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 2025/2026-cı illər mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, qadınların yarışında iki təxirə salınmış görüş baş tutub.
7-ci turdan təxirə salınmış matçda “Milli Aviasiya Akademiyası” “Gənclər”lə qarşılaşıb. “Milli Aviasiya Akademiyası”nın idman zalında baş tutmuş görüş meydan sahiblərinin asan qələbəsiylə yekunlaşıb.
2-ci turdan təxirə salınmış qarşılaşmada isə UNEC “Abşeron”u qəbul edib. UNEC voleybol komandasının idman zalında keçirilmiş bu görüşdə də meydan sahibləri qələbə qazanıblar.
Bu gün həm də kişi voleybolçuların birinciliyində 9-cu tura start verilib. Fövqəladə Hallar Nazirliyinin idman zalında “Ordu” ilə qarşılaşan “Azərreyl” 1:3 hesabı ilə uduzub.
Yüksək Liqa
12 yanvar
Qadınlar
7-ci turdan təxirə salınmış oyun
“Milli Aviasiya Akademiyası” – “Gənclər” 3:0 (25:18, 25:14, 25:12)
“Milli Aviasiya Akademiyası” Voleybol Komandasının idman zalı.
2-ci turdan təxirə salınmış oyun
UNEC – “Abşeron” 3:0 (25:15, 15:18, 25:14)
UNEC voleybol komandasının idman zalı.
Kişilər
9-cu tur
“Azərreyl” – “Ordu” 1:3 (16:25, 23:25, 25:16, 22:25)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
