AZ

Yüksək Liqa: “Azərreyl” “Turan”a da uduzdu – ARENA.AZ

Qadın voleybolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 8-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Azərreyl” kollektivi yeni ilin ilk oyununda “Turan”la qarşılaşıb. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçirilib. Meydan sahibləri yekunda 3:0 hesablı qələbəyə seviniblər.

UNEC komandası isə “DH Volley”lə üz-üzə gəlib. Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşmış görüşdə UNEC 3:2 hesabı ilə qələbə qazanıb.

Yüksək Liqa (qadınlar)
8-ci tur
8 yanvar

“Turan” – “Azərreyl” 3:0 (25:8, 25:18, 25:19)
Tovuz Olimpiya İdman Kompleksi.

“DH Volley” – UNEC 2:3 (23:25, 25:23, 20:25, 25:22, 14:16)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
53
9
arena.az

10Mənbələr