AZ

Rauf Rüstəmli “Sumqayıt”ı erkən tərk etdi – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”la gənc futbolçu Rauf Rüstəmli arasındakı anlaşmaya xitam verilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Sabah” klubuna geri döndüyü vurğulanıb.

“Sumqayıt” Raufa klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Sumqayıt” Rüstəmlini cari mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Dayaq yarımmüdafiəçisi sözügedən komandanın heyətində 11 oyuna çıxıb.

“Qəbələ”nin yetirməsi olan Rauf 2023-cü ilin yayında “Sabah”la müqavilə bağlayıb. Onun paytaxt təmsilçisi ilə sözləşməsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Rauf Rüstəmli karyerası boyunca “Qəbələ”, “Sabah” və “Şamaxı”da top qovub. O, Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış edib, 2025-ci ildə isə əsas millimizdə debüt edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
121
33
arena.az

10Mənbələr