AZ

Umarali Rahmonaliyev “Sabah”ı tərk edib? – ARENA.AZ

“Sabah”da icarə əsasında oynayan Umarali Rahmonaliyev müqavilə ilə məxsus olduğu Rusiyanın “Rubin” klubuna geri qayıda bilər.

Arena.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Sözügedən nəşr özbək yarımmüdafiəçini bu qış transfer pəncərəsi zamanı “Rubin”i gücləndirəcək potensial oyunçular sırasında qeyd edib.

Xatırladaq ki, “Sabah” Rahmonaliyevi 2025-ci ilin yanvarında bir illik icarəyə götürmüşdü. Bir sözlə, onun Azərbaycan klubu ilə müqaviləsinin müddəti başa çatıb. Amma onun “Rubin”ə qayıdıb-qayıtmayacağı hələ rəsmən açıqlanmayıb. Ola bilsin ki, “Sabah” onu 2025/2026-cı illər mövsümünün sonunadək heyətində saxlamaq istəsin. Belə olan halda iki klub arasında yeni icarə müqaviləsinin imzalanması lazım gələcək. Əks halda özbək futbolçu məxsus olduğu “Rubin”ə qayıdacaq.

22 yaşlı Umarali Rahmonaliyev bir il ərzində “Sabah”ın heyətində 36 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub. “Bunyodkor”da da çıxış etmiş dayaq yarımmüdafiəçisi “Rubin”də 27 oyuna çıxsa da, cəmi 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
4
11
arena.az

10Mənbələr