AZ

Xabi Alonso Mbappe və Rodriqo ilə bağlı vəziyyəti şərh etdi – ARENA.AZ

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso komandanın braziliyalı hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında braziliyalı futbolçunun universallığını və komanda üçün əhəmiyyətini vurğulayıb:

“Rodriqo hücumda çox yönlüdür. O həm cinahlarda, həm də mərkəzdə oynaya bilir. İlin sonuna doğru xeyli irəliləyiş əldə edib, bir neçə, həqiqətən, keyfiyyətli oyun keçirdi və biz onun formasından çox yaxşı təəssürat aldıq.

O bizim üçün digər futbolçular qədər vacibdir, xüsusilə Kilian Mbappenin yoxluğunu nəzərə alsaq, hələlik bu müddətin nə qədər davam edəcəyi bəlli deyil. Bizim müxtəlif variantlarımız var və Rodriqo onlardan biri ola bilər”, – deyə Alonso bildirib.

Xatırladaq ki, cari mövsümdə braziliyalı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Amma onun İspaniya nəhəngini tərk etmək istədiyinə dair xəbərlər dolaşmaqdadır.

Xabi Alonso “Real”ın digər hücumçusu Kilian Mbappenin vəziyyətindən də söhbət açıb:

“Biz əvvəlcədən müəyyən edilmiş plan üzrə hərəkət edəcəyik. Çox şey futbolçunun fiziki durumundan asılıdır və bizim vəzifəmiz onun optimal müddətdə qayıtması üçün mümkün olan hər şeyi etməkdir. Bunun dəqiq nə vaxt baş verəcəyini demək çətindir. Hazırda konkret cavabım yoxdur”, – Alonso bildirib.

Onun sözlərinə görə, daha ətraflı məlumatı növbəti oyunöncəsi mətbuat konfransında verəcək: “Hər qarşılaşmadan sonra futbolçunun vəziyyətini yenidən qiymətləndiririk və bundan sonra zəruri qərarlar qəbul edirik. Bərpa prosesini diqqətlə izləmək vacibdir və onun mümkün qədər tez qayıtması üçün maksimum səy göstərəcəyik”.

Qeyd edək ki, bu gün “Real” La Liqa çərçivəsində “Betis”lə qarşılaşacaq.

Daha əvvəl Mbappedə diz zədəsi aşkarlanması barədə məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
136
31
arena.az

10Mənbələr