BAKI, 29 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqlardan əvvəl keçirilən brifinqdə Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin rəsmi iqamətgahına hücumuna münasibət bildirib.
Teleqraf xəbər verir ki, Tramp hadisədən xəbərsiz olduğunu deyib: "Mən bu barədə həqiqətən məlumatlı deyiləm. İndicə eşidirəm. Bu, pis olardı".