Zelenski Trampa uzunmüddətli təhlükəsizlik zəmanəti təklif edib
Ajans.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə Floridada jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Dünən ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağı barədə razılığa gəldik. Bu zəmanətlər əbədi deyil. Sənədlərdə onların 15 il müddətinə nəzərdə tutulduğu və daha sonra uzadıla biləcəyi göstərilir”, – deyə Zelenski qeyd edib. Ukrayna prezidentinin sözlərinə görə, o, daha uzunmüddətli zəmanət məsələsini qaldırıb və Donald Tramp bu təklifi nəzərdən keçirəcəyini bildirib. “Mən Trampa dedim ki, biz artıq təxminən 15 ildir müharibə şəraitindəyik. Buna görə də daha uzunmüddətli – 30–50 illik təhlükəsizlik zəmanətləri istərdim”, – deyə Zelenski vurğulayıb.