AZ

Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib » AzadMedia.az


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanətləri verməyi təklif edib.

Bunu V.Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Ötən gün ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik. Həqiqətən də bu, əbədi deyil, sənədlərdə bu, təhlükəsizlik zəmanətlərinin uzadılması ehtimalı ilə 15 il müddətinədir", - Ukrayna lideri qeyd edib.

V.Zelenskinin sözlərinə görə, o, zəmanətlərin daha uzun müddətə verilməsi məsələsini qaldırıb:

"Donald Trampa dedim ki, bizdə artıq müharibə gedir. Ona görə də istərdik ki, zəmanətlər daha uzunmüddətli olsun. Biz 30-40-50 il müddətinə imkanın nəzərdən keçirilməsini çox istərdik. Bu, Trampın tarixi qərarı olacaq. Prezident dedi ki, fikirləşəcək".

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Volodimir Zelenskini qəbul edib.
Seçilən
17
14
azadmedia.az

10Mənbələr