AZ

Vladimir Zelenski Donald Trampdan 50 il müddətinə təhlükəsizlik zəmanəti istəyib

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanəti verməsini istədiyini iddia edib.

Onun sözlərinə görə, sənədlərdə 15 il müddətinə təhlükəsizlik zəmanəti nəzərdə tutulur. Zelenski bildirib ki, Kiyev daha uzun müddətli zəmanət istəyir: “Mən ona dedim ki, 30, 40 və ya 50 il müddətinə mümkünlüyünü nəzərdən keçirmək istərdik”.

Qeyd edək ki, Tramp və Zelenski 28 dekabrda Amerika liderinin Floridadakı Mar-a-Laqo iqamətgahında görüşüblər. İkitərəfli danışıqlardan sonra onlar Aİ liderləri ilə telefon danışığı aparıblar. Ağ Ev rəhbəri söhbəti yaxşı və çox məhsuldar adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
14
editor.az

10Mənbələr