AZ

Alonsonun yerinə bu əfsanə gələcək -

“Real Madrid” Xabi Alonsonu istefaya göndərəcəyi təqdirdə bir sıra namizədləri nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, Zinəddin Zidan və Yurgen Kloppun adı “Real”la hallanır. İddialara görə, klub rəhbərliyi Zidan və ya Kloppun məşqçi postuna gətirilməsinə üstünlük verir.

Qeyd edək ki, “Real Madrid”in baş məqçisi Xabi Alonsonun qovula biləcəyi barədə xəbərlər dərc edilib. “El Mundo” nəşrinin iddiasına görə, rəhbərlik UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə oyunla bağlı Alonsoya şərt irəli sürüb. İddia edilir ki, “Real Madrid” növbəti oyunda “Mançester Siti”yə məğlub olarsa Xabi Alonso istefaya göndəriləcək. Bu qərarın klubun idarə heyəti tərəfindən qəbul edildiyi irəli sürülüb. La Liqanın son 5 matçında "Real Madrid" yalnız bir qələbə qazanıb.

Seçilən
3
50
metbuat.az

10Mənbələr