"Real"ın baş məşqçisi Xabi Alonsonun gələcəyi qeyri-müəyyən vəziyyətdədir.
Publika.az xəbər verir ki, Madrid klubunda ispan mütəxəssisin istefası ilə bağlı şərt müəyyənləşdirilib.
"El Mundo"nun məlumatına görə, Alonsonun taleyi Çempionlar Liqasında "Mançester Siti" ilə oyunda həll olunacaq. Əgər "Real" məğlub olarsa, baş məşqçi istefaya göndəriləcək. Bu qərar klub rəhbərliyinin təcili iclasında qəbul edilib.
Xatırladaq ki, La Liqanın son 5 oyununda "qalaktikos" cəmi 1 qələbə qazanıb və nəticədə turnir cədvəlində 2-ci pilləyə enib.