AZ

Real ın baş məşqçisi bu oyundan sonra istefaya göndərilə bilər

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Xabi Alonso tezliklə istefaya göndərilə bilər.

Redaktor.az "El Mundo" nəşrinə istinadla xəbər verir ki, "kral klubu"nun rəhbərliyi ispaniyalı mütəxəssisin qarşısına şərt qoyub.

Belə ki, komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Mançester Siti"yə uduzsa, 44 yaşlı çalışdırıcı ilə yollar ayrılacaq. Bu qərar klubun son iclasında qəbul olunub. Qarşılaşma dekabrın 10-dan 11-nə keçən gecə Madriddə oynanılacaq.

Qeyd edək ki, "Real Madrid" La Liqadakı son 5 oyunun yalnız birində qalib gəlib. Komanda (36 xal) turnir cədvəlində lider "Barselona"dan sonra ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
50
redaktor.az

10Mənbələr