Bakı, 8 dekabr, AZƏRTAC
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Xabi Alonso tezliklə istefaya göndərilə bilər.
AZƏRTAC "El Mundo" nəşrinə istinadla xəbər verir ki, "kral klubu"nun rəhbərliyi ispaniyalı mütəxəssisin qarşısına şərt qoyub.
Belə ki, komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Mançester Siti"yə uduzsa, 44 yaşlı çalışdırıcı ilə yollar ayrılacaq. Bu qərar klubun son iclasında qəbul olunub. Qarşılaşma dekabrın 10-dan 11-nə keçən gecə Madriddə oynanılacaq.
Qeyd edək ki, "Real Madrid" La Liqadakı son 5 oyunun yalnız birində qalib gəlib. Komanda (36 xal) turnir cədvəlində lider "Barselona"dan sonra ikinci pillədə qərarlaşıb.