Ermənistanın ABŞ-dakı səfirinin qardaşına ittiham irəli sürülüb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, cinayət işi odlu silahların qanunsuz dövriyyəsi faktı üzrə başladılıb.
Xatırladaq ki, Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan saxlanılıb. Məlumata görə, Mkrtiç Mkrtçyanın ciblərində kiçik narkotik paketləri tapılıb. Səfirin qardaşında narkotiklə bərabər silah da aşkarlanıb.