Ermənistanın ABŞ-dəki səfirinin qardaşı Mkrtç Mkrtçyana qarşı ittiham irəli sürülüb.
Xezerxeber.az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi məlumata görə, Mkrtçyan sentyabrın 3-də Parakarda saxlanılıb.
İstintaqın məlumatına görə, polis əməkdaşları onun olduğu avtomobili yoxlamaq üçün dayandırıblar, bu zaman sərnişinlərdən biri avtomobildən düşüb və yola tapançanı və tozlu maddə olan bağlamanı ataraq qaçmağa cəhd edib. Avtomobilin sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.
Ermənistan İstintaq Komitəsi bu faktla bağlı odlu silahın, onların əsas hissələrinin, döyüş sursatlarının və digər materialların və ya qurğuların qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açıldığını bəyan edib.
Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxsin qardaşı Narek Mkrtçyan avqustun sonunda ABŞ-yə səfir təyin edilib.