AZ

Ermənistanın ABŞ-dakı səfirinin qardaşına ittiham irəli sürülüb

Ermənistanın ABŞ-dakı səfirinin qardaşına ittiham irəli sürülüb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, cinayət işi odlu silahların qanunsuz dövriyyəsi faktı üzrə başladılıb.

Qeyd edək ki, Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan saxlanılıb. Məlumata görə, Mkrtiç Mkrtçyanın ciblərində kiçik narkotik paketləri tapılıb. Səfirin qardaşında narkotiklə bərabər silah da aşkarlanıb.

Xatırladaq ki, bir müddət əvvəl Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Makuntsun yerinə isə Narek Mkrtçyan Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib. Narek Mkrtçyan daha əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.

"Cebheinfo.az" 

Seçilən
0
9
cebheinfo.az

10Mənbələr