AZ

Ermənistanın ABŞ-dakı səfirinin qardaşına ittiham irəli sürülüb

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyanın qardaşı Mkrtıç Mkrtçyana ittiham irəli sürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" mənbəyə istinadən xəbər verib.

Mkrtçyan sentyabrın 3-də Parakar kəndində (Ermənistan) baş vermiş avtomobil hadisəsindən sonra saxlanılıb.

İstintaqın məlumatına görə, polis əməkdaşları yoxlama üçün avtomobili saxlayıb, bu zaman sərnişinlərdən biri maşından çıxaraq qaçmağa cəhd edib və yolda tapança və içərisində tozaoxşar maddə olan bir bağlama atıb. Avtomobilin sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, bu faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı, girov və ölkədən çıxmamaq barədə iltizam şəklində qətimkan tədbiri seçilib.

Saxlanılanın qardaşı Narek Mkrtçyan avqustun sonunda ABŞ-a səfir təyin edilib. Bundan əvvəl o, Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.

Seçilən
0
9
ikisahil.az

10Mənbələr