
Ermənistanın ABŞ-dəki səfirinin qardaşı Mkrtç Mkrtçyana qarşı ittiham irəli sürülüb.
Yeniavaz.com bu barədə “Sputnik Ermənistan” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Mkrtçyan sentyabrın 3-də Parakarda avtomobillə insidentdən sonra saxlanılıb.
İstintaqın məlumatına görə, polis əməkdaşları avtomobili yoxlamaq üçün saxlayıb və bu zaman sərnişinlərdən biri avtomobildən düşüb və yola tapança və tozaoxşar maddə olan bağlama ataraq qaçmağa cəhd edib.
Avtomobilin sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.
Ermənistanın İstintaq Komitəsi faktla bağlı “odlu silahın, onların əsas hissələrinin, döyüş sursatı və digər materialların və ya cihazların qanunsuz dövriyyəsi” maddəsi ilə cinayət işi açıb.
Təqsirləndirilən şəxs ev dustaqlığına buraxılıb və şəhəri tərk etməmək barədə yazılı öhdəlik götürülüb.