1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avstraliyanın Sidney şəhərinin sahillərində köpəkbalığı 57 yaşlı təcrübəli sörfinqlə məşğul olan Merkuri Psillakisə hücum edərək onun hər iki ayağını qoparıb. İdmançı suda ölüb, cəsədi digər idmançılar tərəfindən sahilə çıxarılıb.
Oxu.Az -ın "The Sydney Morning Herald" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 6-da saat 10 radələrində (Bakı vaxtı ilə saat 4 radələrində) baş verib.
Polisin məlumatına görə, Psillakis dostları ilə birlikdə Lonq-Rif çimərliyinin sahilindən təxminən 100 metr aralıda sörfinqlə məşğul olurmuş.
Anidən köpəkbalığı ona yaxınlaşıb, sörfinq taxtasını deşərək yarıya bölüb. Bundan sonra yırtıcı balıq idmançının hər iki ayağını qoparıb.
Psillakisin həyat yoldaşı və kiçik qızı qalıb. Polis hadisə yerində idmançının bədən hissələrinin axtarışını davam etdirir.





