1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Çikaqo şəhərində (İllinoys ştatı) dalğıc qrupu 55 il əvvəl itkin düşən ər-arvad cütlüyünü axtararkən çaya batmış 100-ə yaxın avtomobil tapıb.
Oxu.Az "New York Post"a istinadən xəbər verir ki, avtomobillərin əksəriyyəti qalaqlar halında yığılıb - hər bir qalaqda 12-dən 19-a qədər maşın olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ər-arvad Edvard və Stefaniya Endrüs 1970-ci il mayın 15-də yoxa çıxıblar. Onlar 1969-cu il istehsalı olan "Oldsmobile 442" avtomobili ilə Çikaqodakı hotellərdən birində qonaqlıqdan gələrkən və heç bir iz qoymadan yoxa çıxıblar.
70-ci illərdə onları tapa bilməyiblər və 1994-cü ildə axtarışlar yenidən başlanılıb, lakin nəticə verməyib. 2025-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları bu işə yenidən başlamaq qərarına gəliblər. Lakin dalğıclar ər-arvadın avtomobilini çayda tapmasalar da, üstü açılmamış 20 digər cinayət işi üzrə məlumat toplamaqda təhlükəsizlik qüvvələrinə kömək ediblər.