AZ

KİV Trampın razılığı ilə ABŞ hərbçilərinin Şimali Koreyada keçirdiyi məxfi əməliyyatı üzə çıxardı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2019-cu ildə ABŞ hərbi dəniz piyadalarının xüsusi təyinatlı bölməsi Şimali Koreyada gizli əməliyyat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Məlumata görə, ABŞ zabitləri Şimali Koreya lideri Kim Çen Inın danışıqlarının qarşısını almaq üçün simsiz dinləmə sistemi quraşdırmağı planlaşdırıblar. Lakin əməliyyat uğursuzluğa düçar olub.
Əməliyyatın əsas məqsədi Kim Çen Inın nüvə məsələsi ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqları zamanı ona nəzarət etmək olub. Nəşr qeyd edir ki, məxfi missiyanı Tramp özü təsdiqləyib.
Qəzetin yazdığına görə, xüsusi təyinatlılar kor-koranə hərəkət ediblər, çünki Şimali Koreya üzərində dronlardan videomüşahidə qurmaq mümkün olmayıb. Yerli patrul gəmisi ABŞ əsgərlərinin olduğu qayığı görüb. Başlamış atışmadan sonra ABŞ heyətindən heç kim sağ qalmayıb. Hər iki tərəf bu əməliyyatın həyata keçirildiyini və uğursuzluğa düçar olduğunu gizlədiblər.
Seçilən
12
50
oxu.az

10Mənbələr